Türkiyənin Mosul şəhərinə hərbi kontingent yollaması İraqda aksiyalara yol açıb. Aksiyada iştirak edən minlərlə insan Türkiyənin və qardaş ölkə lideri Rəcəb Tayyip Ərdoğanın əleyhinə şüarlar səsləndirib. Əsas tələbləri Başika hərbi bazasından türk hərbçilərin dərhal çıxarılmasını olan aksiya iştirakçıları Türkiyə bayrağını yandırıblar.
Rəsmi Bağdad Türkiyə qoşunlarının ölkə ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib.Rəsmi Ankara isə bu tələbə etiraz edərək bildirib ki, Türkiyənin hərbi qüvvəsi İraq ərazisində beynəlxalq missiya çərçivəsində yerləşdirilib və bundan məqsəd “İslam Dövləti” adlı təşkilata qarşı döyüşən İraq qüvvələrinin təlimləndirilməsidir.
Rəsmi səviyyədə irəli sürülən ittihamlarla yanaşı, dini liderlər də xalqı Türkiyəyə qarşı ayağa qaldırmağa çalışır. İranın dəstəklədiyi "Mehdi ordusu" hərəkatının lideri Müqtəda Əs-Sədr və "Bədr" təşkilatının lideri, şiə millət vəkili Hadi əl-əmiri tərəfdarlarının Türkiyə ilə müharibəyə hazır olduğunu bəyan edib.
Bu məsələnin arxasında birmənalı şəkildə İran və ona bağlı olan qüvvələrin olduğunu deyən politoloq Rusif Məmmədsoy "Sherg.az"a bildirib ki, Türkiyəyə qarşı aparılan bu qarayaxma kampaniyası heç bir nəticə verməyəcək:
"Bu gün İraqın şimalında Türkiyəyə qarşı aparılan kampaniya hər birimizi dərindən narahat edir.Nəzərə almalıyıq ki, bu proseslər heç bir halda qardaş Türkiyəni dayandırmaq gücündə deyil. Bundan öncə də, biz belə bir hal müşahidə etmişdik. Maraqlısı odur ki bu kimi məsələlərdə İran və Amerikanın mövqeyi üst-üstə düşür. Tehrandakı Astana üçlüsünün görüşünü xatırlasaq görərik ki, bizi burada narahat edəcək xeyli məsələ var.
Bunlardan biri də, Qardaş Türkiyənin həyata keçirəcəyi antiterror əməliyyatı idi ki, burada İranın mövqeyi birmənalı deyildi. Onlar qeyd edirdilər ki, Türkiyənin Suriyada 30 km dərinliyə gedərək əməliyyatlar keçirməsinə biz razı ola bilmərik. Çünki, Suriyanın ərazi bütövlüyü pozulmamalıdır. Lakin unudurlar ki, əməkdaşlıq etdiyi ölkənin sərhədlərində ciddi təxribatlar törədilir. Xüsusən də, PKK tör-töküntüləri Türkiyənin milli və təhlükəsizlik maraqlarına zidd hərəkət edirlər. Sual yaranır ki, sən terrorçuları aradan qaldırmaq əvəzinə Türkiyənin aparacağı əməliyyatlara niyə qarşı çıxırsan?
Tehran görüşündən sonrakı üçlü pozaya baxsaq görərik ki, sayın Ərdoğanın üzündən görsənir ki, o istədiyini ala bilməyib."
Ekspert bildirib ki, İraqda Türkiyə bayrağının yandırılmasının və onun savaşla təhdid edilməsinin nəticələri ağır olacaq:
"Təbiidir ki, bu məsələnin arxasında duranlar əməliyyatların aparılmasından narahatdır.Lakin narahatçılığa lüzum yoxdur. Türkiyə həmişə qeyd edib ki,bizim məqsədimiz ölkələrin ərazi bütövlüyü pozmaq yox terrorçuları sıradan çıxardaraq ölkənin təhlükəsizliyini təmin etməkdir.
Türkiyə artıq 80-ci ildən artıqdır ki,terrorla mübarizə aparır. Bu prosesləri alovlandıran əsas hal PKK-nın həyata keçirdiyi terror aktının Türkiyənin boynuna yıxılması oldu. Bilirsiz ki,İraqın şəhəri bombardıman edildi. Xeyli sayda turist və yerli əhali həyatını itirdi.
Bu hadisəni Türkiyənin törətdiyini dedilər. Ancaq Türkiyə heç zaman silahsız insanları hədəfə çevirməyib.Buradan belə bir nəticə çıxır ki,İranla Razılaşma mümkün deyil. Xatırladım ki, Suriyada keçirilən Artvin antiterror əməliyyatlarından sonra da İran və Rusiya Türkiyəni arxasından vurmuşdu. Bu gün də eyni prosesi müşahidə edirik".