Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanın Egey dənizinə daxil olmasına reaksiya verib. O qeyd edib:
“Bu silahlanma deyilən, ittifaq deyilən şeylə heç bir yerə gedib çıxa bilməzlər. Uzatdığımız əli tutun. NATO və üçüncü ölkələr Yunanıstanın nə etdiyini görməlidirlər. Müttəfiqlərimizi xəbərdar etmişik, onlardan obyektiv olmalarını gözləyirik”.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Hulusi Akarın açıqlamasını “Sherg.az”a şərh edib:
“Türkiyənin qərarlılığı göstərir ki, bu məsələ NATO-da çox ciddi parçalanma yaradır. Yunanıstan Egey dənizi sahilərində öz əsgərlərini silahlandırıb,Türkiyənin dəniz sularına zərbə vurur.
Konkret olaraq fransızlar da Yunanıstanı meqa həddə silahlandırıb onu Türkiyə ilə silahlı müharibəyə təşviq ediblər.
Bu mənada artıq iplər qopmaq üzrədir. Yunanıstanın bütünlükdə nə etdiyini NATO üzvlərinin görəcəyinə inanmıram.
Hadisələrin sonrakı inkişafına isə Böyük Britaniya və Amerika müdaxilə edə bilər. Ya da əksinə tərəflər Rusiya-Türkiyə münasibətləri kontekstində, bəlkə də, daha kəskin bir vəziyyətin meydana çıxmasında maraqlı olar”.