Nyu -Yorkdakı Azadlıq heykəlinin bəzi xərclərini Osmanlılar ödəyib?

Nyu -Yorkdakı Azadlıq heykəlinin bəzi xərclərinin Osmanlılar tərəfindən ödənildiyini bilirdinizmi?
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, "azadlıq heykəli"nin ərsəyə gətirilməsi fransız heykəltəraş Frederik Auguste Bartholdiyə  həvalə edilib. 93 metr hündürlüyündə olan heykəlin Osmanlı İmperatorluğu tabeliyindəki Misirin Hidivi ( misir valilerine verilən ad)  Səid Paşanın imzaladığı müqavilənin tələbi ilə ilk dəfə 1860-cı illərdə Süveyş kanalının tikintisi üçün Süveyş kanalındakı "Port Səid" limanının girişinə qoyulması planlaşdırılıb.  

Lakin Kavalalı nəslindən olan Hidiv İsmayıl Paşa ucaldılan heykəlin yerli iğtişaşlar yaradacağından narahat olduğu üçün onun planlaşdırılan yerdə tikilməsini istəməyib. İlkin ödənişin Osmanlı tərəfindən edilməsinə baxmayaraq , bu səbəbdən heykəl hazır olduqdan sonra Misirdən Parisdəki anbara gətirilib. Bu hadisədən 20 il sonra, 1885-ci ildə Fransa hökuməti ABŞ-la yaxşı münasibətlərinin göstəricisi olaraq böyük bir heykəl düzəltdirmək istəyəndə  heykəltəraş F.A.Bartholdinin qapısı döyülüb. 

Hazır olan heykəl Parisdəki anbardan çıxarılıb, heykəltəraşlar Bartoldi və Qustav Eyfel (Eyfel qülləsinin mühəndisi) birlikdə bəzi modifikasiyalarla heykəli yeniləyiblər. Beləcə  "azadlıq heykəli" 1884-cü ildə Fransada tamamlandıqdan bir il sonra 350 parçaya bölünərək 214 qutuda Nyu-York limanına daşınıb. 

Parçalar 4 ay ərzində yenidən postament üzərində yığılıb, Nyu-York sahilindəki Azadlıq adasına qoyulub və 28 oktyabr 1886-cı ildə minlərlə tamaşaçı qarşısında nümayiş olunub. Qırmızı dənizlə Aralıq dənizinin qovşağında qoyulan heykəl firon paltarı geyinmiş və əlində məşəl tutumuş qadın formasındadır . Mis və poladdan hazırlanıb.