Kutaisidə banka hücum edən şəxsin kimliyi məlum olub

Ötən gün, “Gürcüstan Bankı"nın Kutaisidəki filiallarından birinə hücum edərək, 9 saat ərzində 12 nəfəri girov saxlayan silahlı soyğunçu ilə bağlı yeni məlumatlar yayılıb.

24News.ge ölkə mediasına istinadən xəbər verir ki, soyğunu həyata keçirən şəxs 37 yaşlı Qriqol Narsiyadır.

Onun Tskaltubo Bələdiyyəsinin Banoca kəndində yaşadığı bildirilir. Məlumata əsasən, cinayətkar bir neçə il Polşada yaşayıb və orada qumar oyunları nəticəsində külli miqdarda borcu yığılıb.

Qonşuları Narsianı sonuncu dəfə 4 gün əvvəl gördüklərini və onun evə müəyyən vaxtlarda gəldiyini vurğulayıblar.