Rusiyalı səfir Norveç XİN-ə çağırılıb

Rusiyanın Oslodakı səfiri Teymuraz Ramişvili Norveç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Norveç diplomatik nümayəndəliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Teymuraz Ramişvilinin Norveç XİN-ə çağırılması Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək üçün keçirdiyi “referendum”dur.
Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib.
Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.
Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.
Mənbə: Regjeringen.no