Axşam saatlarda Tehranda gənclər etiraz aksiyası keçirib.
Onlar “diktatora ölüm olsun” şüarı səsləndiriblər.
Şəhərin digər bir rayonunda isə əhali dəmir maneələrlə yolu bağlayıb.
Həmçinin, gün ərzində gənclər İran paytaxtındakı Əl-Zəhra Universitetinin əsas qapısını bağlayaraq hökumət əleyhinə şüarlarla çıxış ediblər.