Ukraynanın ümumdaxili məhsulu (ÜDM) cari ilin doqquz ayında 30 faiz azalıb.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna İqtisadiyyat Nazirliyindən bildiriblər.
“2022-ci ilin ilk üç rübünün yekunlarına əsasən, Ukraynada ÜDM-n azalması 30 faiz səviyyəsində qiymətləndirilir”, - nazirliyin saytında dərc olunmuş məlumatda belə deyilir.
İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, ÜDM-də baş verən azalma sentyabr və avqust aylarında 35 faiz təşkil edib. Nazirlik 2022-ci ildə ümumdaxili məhsulun ümumilikdə 35-40 faiz azalacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun proqnozunda da azalmanın 35 faiz olacağı bildirilir.