Çernobıl faciəsindən 36 il sonra: Qurbağalar  qara rəngdə göründü

1986-cı ilin aprelində Ukrayna tarixdə ətraf mühitə ən böyük nüvə radiasiyasının yayılması ilə nəticələnən fəlakətə səhnə oldu. Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza Ukraynada və onun ətrafında külli miqdarda radioaktiv materialın toplanması ilə nəticələnib. İnsanlar evakuasiya edilib, lakin heyvanlar qalıb. Fəlakətdən 36 il sonra bu heyvanların yüksək səviyyəli radiasiya səbəbindən mutasiyaya uğradığı aşkarlanıb. Alimlər bölgədə yaşıl olması gərəkən qurbağaların qara rəngdə çoxaldığını açıqlayıb.

 36 il sonra mutant qurbağalar Çernobıl elektrik stansiyasının yaxınlığında kürü tökməyə başlaylb.


 
Çernobılda işləyən elm adamları bildirib ki, əslində bu qurbağa növləri parlaq yaşıl dəriyə sahib olmalıdır.

Tədqiqatçılar fəlakətdən 36 il sonra mutasiyaya uğramış qurbağaların daha tünd dərilərinin Çernobıl zonasında sağ qalmasına kömək edə biləcəyini düşünürlər.


 
İspaniyanın Ovyedo Universitetindən olan tədqiqatın həmmüəllifi Germán Orizaola bunları deyib: “Bu qurbağaları Çernobılda işlədiyimiz ilk gecə gördük. Biz zədələnmiş elektrik stansiyasının yaxınlığında bu növü axtarırdıq və yalnız qara olan çoxlu qurbağalar gördük.

Biz bilirik ki, melanin bir çox orqanizmdə, o cümlədən qurbağalarda tünd və ya qara rəngdən ibarətdir. Eyni zamanda, biz bilirik ki, melanin müxtəlif növ radiasiyanın vurduğu zərərlərdən, zərərli günəş şüalarından tutmuş ionlaşdırıcı radiasiyaya qədər qoruyur”.

Mütəxəssislər müəyyən ediblər ki, Çernobılın təcrid zonasında olan qurbağalar elektrik stansiyasından xeyli aralıda qurbağalardan daha tünddür.

Turan