Ukrayna Ordusu Luqanskın 7 kəndini azad edib - YENİLƏNİB

Luqansk vilayətində artıq 7 yaşayış məntəqəsi Ukrayna Ordusunun nəzarətinə keçib.

APA-nın xəbərinə grə, bu barədə Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

Qeyd edilib ki, Svatovsk rayonunun Novolyubovka, Nevskoye, Qrekovka, Novoeqorovka, Nadejda, Andreevka və Stelmaxovka kəndləri azad edilib.

***

saat 18.39

Luqansk vilayətinin Stelmaxovka kəndi Ukrayna Ordusunun nəzarətinə keçib.

APA-nın xəbərinə görə, bu barədə Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

Sergey Qayday deyib ki, artıq rəsmən Stelmaxovka kəndinin azad edildiyini açıqlayır. O, kənddən foto da paylaşıb.