Məhsa Əmini etirazları  - "Saxlananlar buraxılmayacaq" - FOTOLAR

İranda Məhsa Əmini etirazları davam edir.  Sherg. xəbər verir ki, İranın  rəsmi xəbər agentliyi Tesnim-in məlumatına görə, daxili işlər nazirinin müavini Mecit Mirəhmedi ölkədə davam edən nümayişlərlə bağlı açıqlamalar verib.


 
"Bu gündən etibarən qiyam yerində saxlanılanlar mühakimə olunana qədər heç bir şəkildə azadlığa buraxılmayacaqlar”, - Mirəhmədi bildirib.

Məhkəmələrin tez yekunlaşacağını deyən Mirəhmədi sərt və çəkindirici cəzaların veriləcəyini qeyd edib.


 
Mirəhmedi dünən də Tehran və Senendec şəhərləri istisna olmaqla, bütün ölkədə sülh və əmin-amanlığın hökm sürdüyünü bildirib.

Qeyd edək ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra  xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb olub.
Sentyabrın 17-də Əmininin doğulduğu Sakkızda dəfnindən sonra başlayan nümayişlər ölkənin bir çox şəhərlərinə yayılıb.
İran dövlət televiziyası sentyabrın 24-də zorakılığa çevrilən nümayişlərdə təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.
Mərkəzi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) ölkə daxilində keçirilən nümayişlərdə 154 nəfərin həyatını itirdiyini iddia edib.

Turan