Gürcüstanın Baş naziri  Saakaşvili ilə bağlı sualları cavablandırıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı  sualları cavablandırıb.

Baş nazir jurnalistlərin suallarına cavablandıraraq deyib ki,  həbsxanada sabiq prezidentin hüquqları qorunur.

“Mən bilirəm ki, dövlət, konkret halda Ədliyyə Nazirliyi onun və digər məhbusların sağlamlıqlarını və hüquqlarını qorumaq üçün hər şey edir. Həmçinin, bildirmək istəyirəm ki, heç kimə imtiyaz verilməməlidir”, - deyə İ.Qaribaşvili vurğulayıb.