İstanbulda binada baş verən partlayışda 3 nəfər ölüb -  YENİLƏNİB

İstanbulda binada baş verən partlayışda 3 nəfər ölüb.

APA NTV-ə istinadən xəbər verir ki,hadisəyə səbəb qaz sızması olub.

Partlayışdan sonra binada güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibb işçiləri göndərilib.

Yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb. Qruplar binada soyutma işlərinə başlayıb.

***

Saat 21:01

İstanbulun Kadıköy rayonunda binada partlayış olub.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl qeydə alınıb.

Əraziyə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə zamanı ölən və xəsarət alanlar olması barədə məlumat verilməyib.