Rusiyanı Krım yarımadası ilə birləşdirən körpüdə partladılan yük maşını partlayışdan əvvəl Ermənistan ərazisində olub.
Sherg.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Vladimir Putinə məruzə edən zaman məlumat verib.
O bildirib ki, partlayışdan əvvəl yük maşını Bolqarıstan, Gürcüstan və Ermənistan ərazisindən keçib.
Bastrıkin Putinə deyib ki, Krım körpüsündə partlayış Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.