Mask nüvə müharibəsin riskinin artdığını bildirib

"SpaceX" şirkətinin qurucusu İlon Mask nüvə müharibəsin riskinin artdığını bildirib.
 
Modern.az xəbər verir ki, bu barədə Mask öz "Twitter" səhifəsində yazıb.
 "Nüvə müharibəsi ehtimalı sürətlə artır", - deyə o sosial media istifadəçilərindən birinə cavab olaraq bildirib.

Bundan əvvəl Mask Ukrayna üçün sülh planını açıqlayıb. O bildirib ki, Rusiya tərəfindən ələ keçirilən Ukrayna ərazilərində BMT-nin nəzarəti altında seçkilər keçirilməlidir.