Rusiya Ukraynanın bir neçə şəhərini raket atəşinə tutub: Həlak olanlar var – FOTO

Rusiya ordusu Ukraynanın Zaporojye və Slavyansk şəhərlərini raket atəşinə məruz qoyub.
Zaporojyeyə edilən hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.
Ukraynanın Slavyansk şəhərinə edilən hücum nəticəsində isə dörd sakin həyatını itirib.

Məlumatı Slavyansk şəhərinin meri Vadim Lyaxın yayıb.
V.Lyaxın bildirib ki, Rusiya ordusu şəhərin mərkəzi hissəsini vurub, yaşayış binalarına ciddi ziyan dəyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev ağır bombardmana məruz qalıb.