Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 62 870 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 495 tank, 5 149 zirehli maşın, 1 486 artilleriya sistemi, 353 reaktiv yaylım atəşi sistemi, 181 hava hücumundan müdafiə sistemi, 267 təyyarə, 235 helikopter, 1 097 PUA, 249 qanadlı raket, 15 gəmi/qayıq, 3 908 avtomobil texnikası və avtosistern, 136 xüsusi texnikadan ibarətdir.