Zelenski Şolts və Makronla danışıb, “Böyük yeddilik” Ukraynaya görə toplanır


Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bunu V.Zelenski tviterdə yazıb.
Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:
“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, - V.Zelenski söyləyib.
V.Zelenski ilə O.Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.
V.Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında da telefon danışığı olub. Liderlər Ukraynaya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini, beynəlxalq ictimaiyyətin reaksiyasının zəruriliyini, həmçinin Rusiyaya qarşı təzyiqlərin artırılmasını müzakirə ediblər.
Fransa Prezidenti Ukraynaya dəstəyini xatırladıb.