Moldova XİN: "Rusiya hava məkanımızı pozub"


Rusiya raketləri Moldovanın hava məkanını pozub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Qara dənizdə Rusiya hərbi gəmilərindən atılan üç qanadlı raket Moldovanın tanınmamış Dnestryanı bölgəsinin Kolbasna kəndi və Soroka şəhəri ərazisindən keçib.
Nazirlikdən qeyd olunub ki, bununla Moldovanın hava məkanı pozulub: “Bu, qəbuledilməzdir”.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.