Lukaşenko hərbçilərin və güc strukturlarının təcili iclasını çağırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko hərbçilərin və ölkənin güc strukturlarının təcili iclasını çağırıb.
Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Rusiya ordusu Ukrayna şəhərlərini raket hücumlarına məruz qoyub. Son məlumata görə, təkcə Kiyevdə 8 nəfər ukraynalı ölüb, 30 nəfər yaralanıb.