Şakiradan iranlı qadınlara dəstək

Dünyaca tanınmış ifaçı Şakira İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlara dəstəyini bildirib.
Oxu.Az-ın məlumatına görə, o, bununla bağlı özünün “Twitter” hesabında paylaşım edib.
Belə ki, kolumbiyalı müğənni “tweet”ində Məhsa Əmininin şəklini paylaşıb və iranlı qadınların yanında olduğunu bildirib.
“Ürəyim Məhsa Əmininin ailəsi, İran qadınları və məktəbli qızları, həmçinin azadlığı uğrunda mübarizə aparan hər kəslədir”, - deyə kolumbiyalı müğənni qeyd edib.