"Nüvə silahının tətbiq olunması ehtimalı yüksəkdir".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, vəziyyət artıq genişmiqyaslı əməliyyatın çox həssas dönəmə qədəm qoymasına səbəb yaradır:
"Ukrayna tərəfi artıq əks-hücuma keçib. Hətta Krım və Rusiyanın digər ərazilərini atəşə tutur. Raket zərbələri endirilir. Digər tərəfdən Qərbdən daha yeni silahlar alınır.
Əlbəttə ki, onların tətbiqi ilə hərbi-siyasi vəziyyət dəyişmək üzrədir. Ona görə də Rusiya prezidenti Vladimir Putin bütün silahlardan istifadə edilməsi barədə göstəriş verib. Lakin hələlik nüvə silahı istifadə etmirlər. Amma hadisələr bu səmtdə davam edərsə, yaxın gələcəkdə taktiki nüvə silahından istifadə olunması istisna deyil.
Bəzi nüfuzlu oyunçular vəziyyətin nə dərəcədə ağır olduğunu dərk edərək, tərəfləri danışıqlara səsləyiblər.
Bunu ilk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edir. Rəsmi Ankaranın analoji səyləri təqdirəlayiqdir".
Qeyd edək ki, Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərini Ukrayna ərazisinə səfərdən çəkinməyə və mümkünsə bu ölkəni tərk etməyə çağırıb.