Ukraynada vurulmuş Rusiya texnikası nümayiş olunacaq


Berlin İnzibati Məhkəməsinin qərarına görə, Almaniya paytaxtının Mitte rayonunun hakimiyyət orqanları Rusiyanın Almaniyadakı səfirliyi qarşısında Ukraynada döyüş əməliyyatları zamanı zədələnmiş Rusiya hərbi texnikasının nümayişinə mane olmamalıdır.

Bu barədə məhkəmənin çərşənbə axşamı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bir müddət əvvəl Berlin muzeylərindən biri Rusiyanın Almaniyadakı səfirliyi qarşısında Ukraynada vurulmuş hərbi texnikanı sərgiləməyi planlaşdırıb. Lakin yerli hakimiyyət bu təşəbbüsü rədd edib.

Məhkəmə öz qərarını ifadə azadlığı ilə izah edib.

Mənbə: TASS