Ukrayna ordusu daha 5 yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.
“Report” UNIAN-a istinadən bildirir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığından bildirilib.
Qeyd olunub ki, Novovasilyevka, Novoqriqoriyevka, Novo Kamenka, Trifonovka və Çervonoe əraziləri Ukrayna ordusunun nəzarəti altına keçib.