NATO-nun Baş katibi: "Ukraynanın hava sahəsi daha yaxşı qorunmalıdır"

“Ukraynanın hava sahəsi daha yaxşı qorunmalıdır".
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Ukraynanın havadan müdafiə sistemlərinə ehtiyacı var: “Onlar təcili çatdırılmalıdır. Daha çox tədarük həyata keçirilməlidir. Ukrayna böyük ölkədir. Son günlərdə Ukraynada qorxulu hadisələr baş verir".