İnternet adamına ağır cəza: 965 milyon dollar ödəyəcək  


2012-ci ildə ABŞ-da Sandy Hook məktəbi qətliamının əsassız olduğunu deyən sui-qəsd nəzəriyyəçisi Aleks Cons 965 milyon dollar təzminat ödəmli olacaq . Bir neçə il əvvəl internet fenomeni elan edilən Cons bir çox platformadan silinib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  ABŞ  10 il əvvəl Sandy Hook ibtidai məktəbində atışma ilə sarsıldı. Hücumda 20-si uşaq olmaqla 26 nəfər həyatını itirib.

Hadisə ABŞ-da ən ölümcül ibtidai məktəb qətliamı kimi qeydə alınıb.

Bununla belə, amerikalı sui-qəsd nəzəriyyəçisi Aleks Cons hücumun hiylə olduğunu irəli sürdü və bunun üzərində israr etdi.

Sui-qəsd nəzəriyyəçisi dayanmayanda 8 qurbanın yaxınları və hadisəyə müdaxilə edən FTB agenti Consu məhkəməyə verib və təzminat tələb ediblər.

Münsiflər heyəti ailələri və agenti dəstəkləyib. Beləliklə məhkəmə Consun 965 milyon dollar təzminat ödəməsi ilə qərar çıxarıb.

Ailələr Consun əsassız iddialarından sonra ölümlə hədələndiklərini iddia ediblər. Bəziləri evlərini köçürməli olduqlarını bildirdilər.

İbtidai məktəb qırğınında illərdir heç kimin ölmədiyini iddia edən Cons, mərhumların yaxınlarını böhran aktyorları kimi təsvir edib. Hətta bəzilərinin heç vaxt mövcud olmadığını iddia edib.

Sui-qəsd nəzəriyyəçisinin hökmü oxunarkən məhkəmə zalında emosional anlar yaşanıb.

Consun vəkili qərardan apellyasiya şikayəti verəcəklərini açıqlasa da, amerikalı sui-qəsd nəzəriyyəçisi qətliamın reallığını etiraf edib və avqust ayında baş verən oxşar hadisə ilə bağlı təəssüfünü bildirib.

Belə olan halda Cons ailəyə 49,3 milyon dollar təzminat ödəməli olub.

Turan