Astanada Rusiya ilə Türkiyə prezidentlərinin görüşü başa çatdı - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanadakı görüşü başa çatıb. 
Görüş 1 saat yarım davam edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, siyasi məhdudiyyətlərə baxmayaraq, Türkiyə ilə Rusiya rəhbərliyi arasında müntəzəm görüşlər baş tutur, bu görüşlər və təmaslar yaxşı nəticələr verir. 
Mənbə: TASS
14:12
Qazaxıstanın paytaxtı Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.
Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində keçirilir.
Mənbə: Haber Global