İran Aİ-yə qarşı cavab sanksiyaları tətbiq edəcək

Tehran Aİ-yə qarşı cavab sanksiyaları tətbiq edəcək.
Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
O qeyd edib ki, bura 15 fiziki şəxs və 4 təşkilat daxil olacaq.
Nazirin sözlərinə görə, bir neçə saatdan sonra İrana qarşı sanksiyaların tətbiqində rolu olan dörd qurum və 15 Qərb rəsmisi də siyahıya əlavə olunacaq.
Mənbə: TASS