Fransada ümummilli etirazlara çevrilən aksiyalardan polis qəddarlığı ilə bağlı görüntülər - VİDEO

Fransada neft emalı və nüvə sənayesi işçilərinin başlatdığı tətil getdikcə ümummilli miqyasda aksiyalara çevrilir. Belə ki, Parisdə və digər şəhərlərdə bu sahədə çalışan işçilərə minlərlə etirazçı, o cümlədən müəllimlər və nəqliyyat sənayesinin işçiləri qoşulub. Onlar maaşların artırılması və enerji qiymətlərinin dondurulmasını tələb edirlər.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrlə yanaşı Fransa telekanallarında yayımlanıb. Kadrlarda nümayişlərdə aksiyaçılara polis tərəfindən kobud müdaxilələr əks olunub.