Ukraynada 1,5 milyon abonent işıqsız qaldı

Ukraynada oktyabrın 22-dəki raket zərbələri səbəbindən təxminən 1,5 milyon abonent işıqsız qalıb.
Bu barədə ölkə prezidentinin aparat rəhbərinin müavini Kiril Timoşenko məlumat verib.
“Bu günə olan məlumata görə, Xmelnitski vilayətində 672 min, Nikolayev vilayətində 188,4 min, Volın vilayətində 102 min, Çerkassı vilayətində 242 min, Rivne vilayətində - 174,79 min., Kirovoqradda - 61,9 min, Odessada - 10,5 min abonentin işığı kəsilib”, - Timoşenko “Telegram” kanalında yazıb.
Dövlət başçısı Volodimir Zelenski isə bəyan edib ki, işğalçılar bizi qaranlıqda qoysalar da, biz onları qoxuları ilə tapacağıq.