Türkiyənin Antalya şəhərində keçmiş əri tərəfindən üzərinə benzin tökərək yandıran qadın müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, Muratpaşa rayonunda keçmiş əri Gürhan Ü (42) tərəfindən üzərinə benzin tökərək yandıran Pınar Z. (36) müalicə aldığı Antalya Şəhər Xəstəxanasının reanimasiya şöbəsində həyatını itirib.
31 dekabr 2024-cü ildə Şirinyalı məhəlləsində Pınar Z. və onun keçmiş əri Gürhan Ü. aralarında mübahisə yaranıb və mübahisə böyüyəndə Gürhan Ü vedrədə özü ilə gətirdiyi benzini Pınar Z.-nin üzərinə tökərək yandırıb. Alovlanan qadına yaxınlıqdakı mağaza sahibi ı yanğınsöndürən balonla müdaxilə edib.
Bədəninin böyük hissəsi yanmış qadın xəstəxanaya aparılıb, motosikleti ilə hadisə yerindən qaçan Gürhan Ü isə polis tərəfindən yaxalanaraq həbs edilib.
Akdeniz Universiteti xəstəxanasının Yanıq şöbəsinə aparılan qadın daha sonra Antalya Şəhər Xəstəxanasına köçürülüb. Bədəninin böyük hissəsinin ağır yanıqları olan qadın bir neçə dəfə əməliyyat olunub.