Zelenski Rusiya ilə danışıqların şərtlərini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski “Mən İran rəhbərliyinə inanmıram” deyib. Ukrayna lideri Rusiya ilə danışıqların hansı şərtlər altında mümkün olacağını da açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Kanada mətbuatına müsahibəsində gündəmdəki məsələləri cavablandırıb. O, bildirib ki, Rusiya bu yaxınlarda İrandan aldığı kamikadze tipli pilotsuz uçuş aparatları ilə Ukrayna şəhərlərinə hücumlar təşkil edib:

"İlk növbədə özümüzü yalanlardan qorumalıyıq. Mən şəxsən İran rəhbərliyinə inanmıram. Mən İran xalqını demirəm. Mən İran rəhbərliyinin özündən danışıram".

Müsahibəsində Rusiya ilə danışıqların bərpasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski, "Referendum (Ukraynanın şərqində) "hekayə"yə çevrilib. Əgər danışıqlar aparmaq istəsələr, torpaqlarımızı geri verməlidirlər. 1991-ci ildə mövcud olan torpaqlarımızdan çəkilməli və beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıtmalıdır. O zaman biz kimlə hansı formatda danışıqlar aparmaq istədiyimizi deyəcəyik. Bu gün Rusiyanın əsas məqsədi bizim enerji sistemimizi vurmaqdır, onların məqsədi insanları gücdən salmaqdır. Onlar terrorçudurlar. Zarafat etmirəm və sizə necə göründüklərini söyləmək istəyirəm. Onlar qorxaq olduqları üçün döyüş meydanında heç nə edə bilmirlər və mülki insanları güllələyirlər" deyə bildirib.

Turan