Rusiyada "Telegram"ın domen səhifəsinə girişi məhdudlaşdırıb

Rusiyada "Telegram" servisinin "t.me" domen səhifəsinə girişi məhdudlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə "Roskomnadzor"un mətbuat xidməti bildirib.

Bildirilib ki, bu tədbir Baş Prokurorluğun tələbi ilə görülüb.

"Roskomnadzor"un səhifələrin və saytların bloklanmasının yoxlanılması üzrə universal servisində Baş Prokurorluğun 29 oktyabr tarixli tələbi ilə "Telegram" messencerinin "t.me" qısa keçidlərinin domeninin səhifəsinə məhdudiyyət qoyulması barədə məlumat yerləşdirilib.