Ağ Ev Rusiyanın taxıl müqaviləsində iştirakını dayandırmasına reaksiya verib


ABŞ Rusiyanın taxıl müqaviləsində iştirakının dayandırılmasına münasibət bildirib.

APA xəbər verir ki,bu barədə “AFP” məlumat yayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Edrienn Uatson deyib.

Onun sözlərinə görə, Moskvanın taxıl sazişindən imtina etməsi ərzaqdan silah kimi istifadəyə bənzəyir.

Bildirilib ki, bu ehtiyacı olan ölkələrə və dünya ərzaq qiymətlərinə birbaşa təsir göstərəcək.

ABŞ hakimiyyəti Rusiya Federasiyasını humanitar böhran və ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti pisləşdirməkdə ittiham edib.