İranın Almaniyadakı Səfirliyinin qarşısında etirazçılara hücum edilib

Maskalı şəxslər İranın Berlindəki səfirliyinin qarşısında dinc aksiya keçirənlərə hücum ediblər.

APA-nın “Le Temps” nəşrinə istinadla xəbərinə görə, maskalı şəxslər aksiyaçılara hücum edib, onların şüarlarını əllərindən almağa cəhd ediblər. Yaranan qarşıdurmada xəsarət alan 3 aksiya iştirakçısı xəstəxanaya yerləşdirilib. Hücum edən şəxslər avtomobilə minərək hadisə yerindən uzaqlaşıblar. Polis hadisəni araşdırır.