Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 72 470 canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 698 tank, 5 501 zirehli maşın, 1 730 artilleriya sistemi, 383 reaktiv yaylım atəşi sistemi, 197 hava hücumundan müdafiə sistemi, 276 təyyarə, 257 helikopter, 1 415 PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 143 avtomobil texnikası və avtosistern, 154 xüsusi texnikadan ibarətdir.