Cənubi Koreyada it böhranı

Şimali Koreya lideri Kim Çen In 2018-ci ildə sülh danışıqları zamanı Cənubi Koreyalı həmkarı Mun Çje İnə iki it hədiyyə edib. Lakin bu sevimli heyvanlar keçmiş prezidentlə onun varisi arasında mübahisələrə səbəb olub.

SHerg.az xarici mediaya istinadən xəbər verir ki, "Gomi" və "Songgang" adlı iki Pungsan balası 2018-ci ildən bəri Moon ilə birlikdə yaşayır. İtlər dövlət malı sayılırdı və prezident arxivinə aid idi. Lakin Moon dövlət malı olan bu itlərə prezidentlikdən sonra baxacağını bildirib.

Daxili İşlər Nazirliyi ilə  anlaşmaya  görə heyvanların təxminən 1800 dollar olan aylıq xərclərinin dövlət büdcəsindən qarşılanması razılaşdırılmışdı. Bununla belə, keçmiş prezident Moonun ofisi hazırkı prezident administrasiyasının heç bir səbəb olmadan bu razılaşmaya əməl etmədiyini iddia edib.

İtlərin yenidən dövlət arxivinə qaytarılacağı açıqlanıb. 4 it və 3 pişiyi olan Cənubi Koreyanın hazırkı prezidenti Yun Sok Yel keçmiş prezidentin itlərə qulluq etmək istəməsi və buna etiraz etməsi ilə bağlı iddiaların doğru olmadığını bildirib.