Ukraynanın sabiq deputatı polis təqibi zamanı həlak oldu

Ukrayna Ali Radasının keçmiş deputatı Aleksey Remenyuk Simferopolda polisin təqibi zamanı qəzaya uğrayıb.

Bildirilir ki, hadisə 66 yaşlı sabiq deputatın dostunun ad günündən çıxmasından sonra baş verib.
Onun avtomobili polis tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı Remenyukun sərxoş olduğu ortaya çıxıb. Polislər onu saxlamaq istəyəndə isə o, hüquq mühafizəçilərinin əlindən qaçaraq sükan arxasına keçib və maşını sürüb.
Polis təqibi zamanı Remenyukun idarə etdiyi “Range Rover” qarşıdan gələn yük maşını ilə toqquşub. O və sərnişini hadisə yerində həlak olublar.
Mənbə: “Mash” “Telegram” kanalı