Ukrayna Xersonun bəzi ərazilərini azad etdi - VİDEO

Ukrayna Xerson vilayətinin bəzi ərazilərini azad edib.
Bu barədə UNIAN-ın “Telegram” kanalında məlumat verilib.
Bununla bağlı paylaşılan videolarda Ukrayna Silahlı Qüvvələrinin Xersonun Pravdino, Kiselyovka və Kalinovski kəndlərinə bayraq sancdığı görünür.
Qeyd edilir ki, məlumatın Ukrayna Baş Qərargahı tərəfindən təsdiq olunması gözlənilir.