İran uranın zənginləşdirilməsi fəaliyyətini gücləndirir

Nüvə danışıqları dayandırıldıqdan sonra İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətini gücləndirib.
İran KİV “Fordo” nüvə obyektində uranın 60 faizədək zənginləşdirilməsi işlərinə başlandığını açıqlayıb. BMT-nin İrandan nüvə danışıqlarında daha çox əməkdaşlıq tələb etməsindən sonra bu xəbərin çıxması diqqət çəkib.
BMT-nin Atom Enerjisi Agentliyi keçən həftə İranı uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərinə nəzarət olunmasına icazə verməyə çağırıb.
İranla nüvə sazişinin canlandırılması və ABŞ-nin yenidən sazişə qoşulmasının müzakirə edildiyi Vyanada keçirilən nüvə danışıqları sentyabrın əvvəlində Vaşinqtonla Tehran arasında yaranan fikir ayrılığı səbəbindən dayandırılmışdı.
Mənbə: Sözcü