Avropa Parlamenti Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət kimi tanıdı

Avropa Parlamenti (AP) Rusiyanın terrorçuluğa sponsorluq edən dövlət kimi tanınmasına dair qətnaməni böyük səs çoxluğu ilə qəbul edib. Sənəd hüquqi cəhətdən məcburi deyil və tövsiyə xarakteri daşıyır.  
Qətnamədə bildirilir ki, Rusiya hərbçiləri Ukraynada mülki obyektlərə, enerji infrastrukturuna, xəstəxanalara, məktəblərə və sığınacaqlara zərbələr endirirlər. Bu, beynəlxalq hüququn pozulmasıdır.
AP-ın 494 deputatı qətnaməni dəstəkləyib, 58 deputat əleyhinə çıxış edib. 44 parlamentari isə bitərəf qalıb.
Mənbə: Kommersant