“Qızını liderliyə hazırlayır” - Şimali Koreya lideri fotoları ilə gündəm oldu


 Şimali Koreya lideri qitələrarası raket sınağı zamanı yenidən qızı ilə görüntülənib.

"Şərq" xarici mediaya istinadən xəbər verir ki, dövlət mediasının təqdim etdiyi fotoların nə vaxt çəkildiyi məlum deyil.

Bildirilir ki, foto Şimali Koreyanın “Hwasong-17” adlı yeni qitələrarası ballistik raketi sınaq buraxılışı zamanı çəkilib.

Kim Çen In bildirib ki, onların əsas məqsədi dünyanın ən böyük nüvə gücünə çevrilməkdir.

Qeyd olunur ki, “Hwasong-17” Şimali Koreyanın indiyə qədər inkişaf etdirdiyi ən böyük ballistik raketdir.

Fotolarda ata-qız hərbçilər, elm adamları və ictimaiyyətlə poza verdiyi görünür.


 
Keçən həftə ilk dəfə qızı ilə kamera qarşısına keçən Şimali Koreya lideri Kim Çen Inın qızı ilə ikinci dəfə poza verməsi “qızını liderlik vəzifəsinə hazırlaması” şərhlərinə səbəb olub.


 
Şimali Koreya liderinin övladları haqqında məlumat çox məhduddur.



 
Qərb mediası Kim Çen Inın iki qız və bir oğlan olmaqla üç övladı olduğunu yazır.

Turan