Ruslar Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk etməyə hazırlaşırlar.
Axar.az xəbər verir ki, bunu Ukraynanın “Enerqoatom” Milli Atom Enerjisi Şirkətinin direktoru Pyotr Kotin deyib.
“Son həftələrdə faktiki olaraq, onların AES-i tərk edə biləcəyinə dair məlumat alırıq. Düzdür onların getməsi barədə danışmaq tezdir, amma demək olar ki, buna hazırlaşırlar”, - Kotin bildirib.