Çeçen qadın Putini qucaqlamaqdan niyə imtina etdi? 

Çeçenistan sakini hərbi qulluqçuların anaları ilə görüşdə Rusiya prezidenti Vladimir Putini qucaqlamaqdan imtina edib.

Publika.az xəbər verir ki, buna səbəb onun bölgəsinin adət-ənənələri olub.

Görüşdən bir fraqment “Moskva. Kreml. Putin” verilişinin aparıcısı tərəfindən teleqram kanalında yayımlanıb. Kadrlardan görünür ki, Rusiya dövlət başçısı görüş iştirakçılarının hər birini qucaqlayır, lakin Çeçenistan Respublikasının sakini bundan imtina edir.

“Biz öpüb əl verə bilmərik, üzr istəyirik. Bizim öz adətlərimiz var”, - iştirakçı bildirib.

“Bilirəm, bilirəm. İndi Ramzana deyəcəm ki... Mən sizi qucaqlayıram”, - Putin sakinə belə cavab verib.