Çinin paytaxtı Pekin və bir çox şəhərlərdə etirazlar başlayıb.
"Qafqazinfo" xəbər verir ki, ağ pankartlarla keçirilən nümayişlərdə qeyri-adi şüarlar səslənir.
Etirazların baş verməsinə səbəb COVİD-19 pandemiyası ilə bağlı sərt tədbirlərin həyata keçirilməsidir.
Belə ki, şəhərlərin tamamilə karantinə alındığı və komendant saatının tətbiq olunduğu Çində etirazçılar küçələrə axışıb.
Etirazçılar Prezident Si Cinpinin hakimiyyətdən getməsini tələb edirlər.