Bu həftə Saakaşvili azad oluna bilər - Vəkildən açıqlama 

Gürcüstanın eks - prezident Mixeil Saakaşvilinin məhkəməsi gələn həftə Tbilisi şəhər məhkəməsində keçiriləcək.

Sherg.az  gürcü mediasına istinadən  xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Şalva Xaçapuridze məlumat verib.

O bildirib ki, hakim qeyri-qanuni həbsdə olan prezidentin cəzadan azad edilib-edilməməsi və müalicəyə buraxılıb-buraxılmaması barədə qərar verməlidir:

"Mixeil Saakaşvilinin vəziyyəti ağırdır, bunu məhkəmənin tibbi ekspertiza rəyi də təsdiqləyir. Biz məhkəmə ilə əlaqə saxlamışıq. Onlar Saakaşvilinin şəxsi işini və xəstəlik tarixçəsini xüsusi cəzaçəkmə müəssisəsindən istəyiblər və müvafiq olaraq, məhkəmə prosesi bu həftə təyin olunacaq", - deyə vəkil Ş. Xaçapuridze bildirib.