Zəvvarlar qəfil gələn selə düşüb

Cənubi Afrikada dini ayin icra etmək üçün çaya girən zəvvarlar qəfil gələn selə düşüb.

APA BBC-ə istinadən xəbər verir ki, hadisə Yohannesburq şəhərində baş verib.

Keşişlə bərabər suya girən 30 xristian dini ayin yerinə yetirərkən su altında qalıb.

Onlardan 9-u ölüb, 8 nəfəri isə itkin düşüb.