Serbiyanın baş naziri: Aİ öhdəsinə düşən işi yerinə yetirməlidir

Serbiyanın baş naziri Ana Brnabiç “Beşlik” ölkələrini (ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya) və Aİ ölkələrini Kosovonun şimalındakı barrikadaların yığışdırılması ilə məşğul olmağa deyil, məsələnin mahiyyətini qavramağa çağırıb.

APA-nın xəbərinə görə, baş nazir bildirib ki, Kosovonun şimalındakı və Metoxiyadakı barrikadalar qanunsuz olduğun üçün yığışdırılmalıdır. Lakin barrikadadakı insanlar öz etirazlarını sakit tərzdə edirlər. Buna da diqqət yetirilməlidir. Aİ və "Beşlik" ölkələri öhdəsinə düşən işi yerinə yetirməlidir.

***
19.44
Baş nazir Albin Kurti bu gün axşama qədər serblərdən Kosovonun şimalındakı barrikadaları yığışdırmağı tələb edib.
PA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Kosovo Təhlükəsizlik Şurasının iclasından sonra Albin Kurti bildirib ki, Kosovonun şimalındakı magistrallarda və Metoxiyadakı barrikadalar axşama qədər yığışdırılmalıdır, əks təqdirdə polis müdaxilə edəcək.
Eyni zamanda Baş nazir NATO-nun Kosovodakı missiyasını vəziyyətə müdaxilə etməyə və Kosovoda sərbəst hərəkəti təmin etməyə çağırıb.