Rusiya və Misir XİN başçıları telefonla danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Sameh Şükri ilə telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, XİN başçıları enerji, kənd təsərrüfatı və birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığı müzakirə ediblər: "Telefon danışığı zamanı Rusiya-Misir münasibətlərinin daha da inkişaf etdirilməsi müzakirə olunub".