"Oskar" mükafatı almış aktrisa İranda saxlanıldı


İranda məşhur aktrisa Təranə Əlidusti saxlanılıb.

News24.az  xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.

Aktrisa "etirazları qızışdırmaqda" ittiham olunur.

Qeyd edək ki, Təranə Əlidusti 2016-cı ildə ən yaxşı xarici ekran əsəri nominasiyası üzrə "Oskar" mükafatını alan "Satıcı" filmindəki rolu ilə dünya şöhrəti qazanıb.