Baydenin komandası onun seçki kampaniyası üçün hazırlıqlara başlayıb

ABŞ prezidenti Co Baydenin müşavirləri administrasiyanın hazırkı rəhbəri ikinci müddətə namizədliyini irəli sürmək qərarına gələrsə, onun seçki kampaniyasının aparılması məsələləri üzərində işləməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Mənbələrin sözlərinə görə, C.Baydenin komandası hazırda seçkiöncəsi qərargah üçün yer seçmək kimi texniki məsələləri müzakirə edir. Yer olaraq pandemiya başlamazdan əvvəl qərargahın 2020-ci ildə yerləşdiyi Filadelfiya (Pensilvaniya) və ABŞ-ın 46-cı prezidentinin doğma şəhəri Uilmiqton (Delaver) nəzərdən keçirilir.

Bundan əlavə, müşavirlər Ağ Evin keçmiş rəhbəri Barak Obama ilə yenidən seçkilərdə iştiraın elan olunacağı tarixlə bağlı məsləhətləşmələr aparıblar.